Dünya üzrə borclar artır- Yeni rekord ÜDM-in 240 faizinə bərabərdir

Beynəlxalq Maliyyə İnstitutunun (BMİ) məlumatına görə, 2019-cu ilin birinci yarısında dünya üzrə borcların ümumi məbləği rekord səviyyəyə çataraq 250 trilyon dollara bərabər olub.

Bu yeni rekord dünya üzrə ÜDM-in 240 faizinə bərabərdir.

Makroiqtisadiyyat məsələləri üzrə ekspert Peter Faro bu rekordu şərh edərək bildirib ki, dünya üzrə borcun artmasının 60 faizi Çinin və ABŞ-ın “təqsiri” üzündən yaranıb. P.Faro BMİ-nin bir xəbərdarlığını da xatırladıb ki, dünya üzrə borclar dünya iqtisadiyyatından daha sürətlə artır. Aşağı faiz dərəcələri borcları daha şirnikləndirici edir. İnkişaf etmiş ölkələrin hökumətləri bu artıma görə birbaşa məsuliyyət daşıyırlar, “üçüncü dünya” ölkələrində borcun artması isə özəl müəssisələrin fəaliyyəti ilə bağlıdır.

Hindistan, Meksika və Çili kimi ölkələrin daha çox zəifləməsini qeyd edən ekspertin sözlərinə görə, bu ölkələrin valyuta borcları daha çoxdur(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir