Dünya üzrə neçə doza COVID vaksini vurulub? –RƏQƏMLƏR

İndiyədək dünya üzrə koronavirusa qarşı vurulan peyvənd dozalarının sayı 2 milyard 750 milyonu ötüb.

Vaksinasiyanın statistikasını aparan “Ourworldindata.org” saytı xəbər verir ki, hazırda Çin 1 milyard 70 milyon doza ilə dünyada liderlik edir. İkinci və üçüncü yerlərdə qərarlaşan ABŞ-da 319 milyon 220 min, Hindistanda 294 milyon 639 min doza peyvənd vurulub.

Vurulan vaksin dozalarının sayına görə ilk onluğa, həmçinin Braziliya (90 milyon 80 min), Böyük Britaniya (74 milyon 640 min), Almaniya (68 milyon 170 min), Fransa (48 milyon 990 min), İtaliya (47 milyon 170 min), Türkiyə (44 milyon 456 min) və Meksika (40 milyon 700 min) daxildir.

Əhalinin hər 100 nəfərinə düşən peyvənd dozalarının miqdarına görə isə ilk beşlikdə Birləşmiş Ərəb Əmirlikləri (146,73), Malta (143,01), Seyşel Adaları (140), San-Marino (130,76) və İsrail (123,15) qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qara dənizdəki gərginlik araşdırılır –

Sonrakı məqalə

Lənkəran sakini əmisi oğlunu və bibisi nəvəsini güllələyərək öldürüb –