Dünyada ən yüksək maaş alan dövlət başçıları kimlərdir? –SİYAHI

Dünyada ən çox maaş alan ölkə lideri Sinqapurun Baş naziri Lourens Vonqdur.

Bu barədə “Forbes” “PoliticalSalaries”in hesablamalarına istinadən yazıb.

Saytın məlumatına görə, siyasətçinin maaşı ildə təxminən 1,69 milyon ABŞ dollarıdır. Ən çox qazanan dünya liderləri siyahısında ikinci yeri İsveçrə Prezidenti Viola Amherd tutub. Onun maaşı ildə 569,5 min dollardır.

Üçüncü yerdə ildə 412,5 min dollar maaşla Avstraliyanın Baş naziri Entoni Albanizin adı qərarlaşıb. Ondan sonra illik gəliri 400 min dollar olan ABŞ Prezidenti Cozef Baydenin adı yer alıb.

Siyahıda beşinci yerdə ildə 316,7 min dollar maaş alan Avstriya kansleri Karl Nehammerin adı qərarlaşıb. Altıncı yeri illik gəliri 310,5 min dollar olan Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson tutur. Sonrakı yeri illik 310,5 min dollar maaşla Kanadanın Baş naziri Castin Trüdo tutur. Almaniya kansleri Olaf Şolts reytinq siyahısında səkkizinci yerdədir. Onun illik gəliri 293,3 min dollardır.

Doqquzuncu yerdə ildə 276,4 min dollar maaşla Yaponiyanın Baş naziri Siqeru İsibadır. İrlandiyanın Baş naziri Simon Harris ən yüksək illik gəliri olan ilk onluğu bağlayır. Onun illik gəliri 267,3 min dollardır.

Rusiya Prezidenti Vladimir Putin bu reytinqdə 28-ci yeri tutur. Onun maaşı 113,6 min ABŞ dolları – illik 10,2 milyon rubl təşkil edir.

Əvvəlki məqalə

“Qalatasaray” qalib gəlib, “Beşiktaş” xal itirib

Sonrakı məqalə

“Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsi Nardaranda təqdim edilib-