Dünyada əhalinin sayı 75 milyon nəfər artıb

ABŞ Siyahıyaalma Bürosunun proqnozuna görə, yeni il günü dünya əhalisinin sayı səkkiz milyard nəfəri ötəcək.

Qurumun məlumatına əsasən, bu il dünyada əhalinin sayı 75 milyon nəfər artıb. 2023-cü ildə dünya əhalisinin artım tempi bir faizdən az olub. Həmçinin ABŞ əhalisi 1,7 milyon nəfər çoxalıb və yeni il günü orada əhalinin təxminən 336 milyon nəfərə çatacağı proqnozlaşdırılır.

2024-cü ilin əvvəlinə dünyada hər saniyədə 4,3 doğum və iki ölüm halı gözlənilir(azərtac).

Əvvəlki məqalə

Sabah Sumqayıtda qazın verilməsində fasilələr olacaq

Sonrakı məqalə

Baş nazir dövlət telekanalının rəhbərlərindən tələb etdi –