Dünyada heyvan növlərinin 48 faizi sürətlə azalır –Alimlərdən SOS siqnalı

Hazırda dünyada heyvan növlərinin 48%-i azalır. Eyni zamanda, dünyada heyvan növlərinin 3%-i artır.

Azpost.info BBC-yə istinadən bildirir ki, bu barədə Belfast Universitetinin bioloqları müəyyən ediblər.

Alimlər bildirir ki, bu cür tendensiya planetimizin biomüxtəlifliyini ciddi şəkildə təhdid edir.

Tədqiqatçılar 70 mindən çox heyvanın populyasiya sıxlığını tədqiq ediblər. Alimlər izah edirlər ki, növlərin təkamülü və hətta nəsli kəsilməsi özlüyündə normaldır. Yer kürəsində yaşayan bütün növlərin 98%-i sonda məhv olub.

Amma indi bu proses əvvəlkindən 100-1000 dəfə sürətlə baş verir.
Alimlər xəbərdarlıq edirlər ki, bu proses  Yer kürəsinin “altıncı kütləvi məhvinə” səbəb ola bilər. Biomüxtəliflik böhranı planetdə həyatın asılı olduğu ekosistemləri təhdid edir.

Əvvəlki məqalə

Robert De Niro oynadığı obrazın Trampa oxşadığını dedi –

Sonrakı məqalə

“Hədəfimiz Putindir” –