Dünyada koronavirusa yoluxanların sayı 13 milyonu ötüb

14 İyul 2020 - 09:39

14 iyul səhər saatlarına olan məlumata görə dünyada yeni növ koronavirusa yoluxanların sayı 13 070 097 nəfərə yüksəlib.

“TASS”-ın verdiyi məlumata görə, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.

Sutka ərzində aşkarlanan yoluxma hallarının sayı 190 minə yaxın olub.

Ümumilikdə COVİD-19 virusundan 572 428 nəfəri vəfat edib, 7.2 milyon nıfır isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (3 346 mindən çox) və Braziliyada (1 864 mindən çox) qeydə alınıb. Bu göstəricilərə görə üçüncü yerdə Hindistan (878,2 min), dördüncü yerdə isə Rusiya (737 min) gəlirlər. Koronavirusdan ən çox ölüm sayı ABŞ-da baş verib (135 605).