Dünyada koronavirusa yoluxanların sayı 284 mindən çox artıb –

ÜST
25 İyul 2020 - 08:30

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 284 mindən çox artıb.

“TASS”-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 24-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 284 196 nəfər yeni koronavirusa yoluxub, 9 753 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 15 296 926, ölənlərin isə 628 903 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb – 8 121 700 yoluxma və 325 625 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 170 382, ölənlərin sayı isə 209 421 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 1 625 564 yoluxma və 38 111 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.