Dünyada koronavirusdan 1 037 905 nəfər sağalıb, 233 639 nəfər isə virusdan ölüb.
“Report” xəbər verir ki, indiyədək 3 300 058 nəfərə COVID-19 diaqnozu qoyulub.
Xəstəxanaya yerləşdirilən 50 958 pasiyentin vəziyyəti ağırdır.
Ən çox yoluxma halları ABŞ (1 092 492), İspaniya (239 639) və İtaliyada (205 463) qeydə alınıb.
Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 120 204 nəfər yoluxub, 3 714 nəfər ölüb. İranda isə qeydə alınmış yoluxma hallarının sayı isə 94 640-dır. Son məlumata görə, bu ölkədə 6 028 nəfər pandemiyanın qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.