Koronavirusa yoluxmuş Baş Nazir Putinlə sonuncu dəfə nə vaxt görüşüb? –Tarixi açıqlandı

Koronavirusa yoluxan Rusiya Federasiyasının baş naziri Mixail Mişustin sonuncu dəfə martın 24-də ölkə prezidenti Vladimir Putinlə şəxsən görüşüb.

“Report” xəbər verir ki, bunu “Komsomolskaya Pravda”nın müxbiri Dmitri Smirnov bildirib.

Onun sözlərinə görə, dövlət başçısı, baş nazir və baş nazirin birinci müavini Andrey Belousov iqtisadi məsələlərə dair iclasda görüşüblər.

Daha əvvəl, Mişustinin iş yerindəki təmas dairəsi müəyyən edilib. Baş nazirin ofisinə daxil olmaq üçün icazə yalnız protokol işçilərinə və videobağlantının keyfiyyətini yoxlayan mütəxəssislərə verilib.

Xatırladaq ki, Mixail Mişustin koronavirusa yoluxmasını Rusiya prezidenti Vladimir Putinə videobağlantı vasitəsilə məlumatlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusu neytrallaşdıran ilk antikorlar yaradıldı

Sonrakı məqalə

Dünyada koronavirusa yoluxanların sayı 3,3 milyonu ötdü