Dünyada koronavirusdan 304 mindən çox insan ölüb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanları, KİV və başqa mənbələrlə hesablamalar aparan Con Hopkins Universiteti bildirib.
Universitetin məlumatına görə, dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 4,5 milyonu ötüb.
“Dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 4 500 476 təşkil edir. COVID-19 yoluxmadan sonra 304 631 insan öldü”, – deyə xəbərdə bildirilir.
Ayrı-ayrı ölkələrdə koronavirusdan sağalanların ümumi sayı 1,6 milyon nəfəri ötüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.