“Koronavirusun ikinci dalğası baş verdiyi halda Azərbaycanda kifayət qədər əlavə çarpayı mövcuddur” –PREZİDENT

“Müasir dünyada təhlükəsizlik bir nömrəli məsələdir və buraya enerji təhlükəsizliyi də daxildir. Bu səbəbdən kiberhücumlara qarşı müdafiənin bizim üçün əhəmiyyəti daha da artacaq”. 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda deyib.

Dövlət başçısı qeyd edib ki, bu yaxınlarda, pandemiya vaxtı mən “Azərenerji”nin əməliyyat mərkəzinin açılışında iştirak etdim və burada SCADA sistemi daxil olmaqla bütün əməliyyat sistemləri çalışır: “Bizim enerji infrastrukturunun müasirləşdirilməsi ilə bağlı böyük planımız var. Mövcud elektrik stansiyalarında yenidənqurma və təmir işləri aparmaqla biz elektrik enerjisi istehsalında ən azı 600 meqavatlıq artım əldə edə bilmişik. Yəni, yalniz resursların optimallaşdırılması sayəsində biz səmərəliliyi artıraraq böyük generasiya gücü əldə etmişik. Beləliklə, bu, əlbəttə, bizim üçün prioritet təşkil edən məsələ olacaq. Səhiyyəyə gəldikdə, hər kəsə aydın oldu ki, koronavirusla uğurlu mübarizədə bu, mühüm amildir”.

Azərbaycan Prezidenti əlavə edib ki, bütün məhdudlaşdırıcı və təşkilati tədbirlərlə yanaşı, burada həlledici rolu xəstələri müalicə edən həkimlər oynayır: “Bu səbəbdən, çox qısa müddət ərzində bizim səhiyyə sistemimiz restrukturizasiya olundu. Biz ən yaxşı xəstəxanalarımızı koronavirus xəstələrinin ixtiyarına verdik. Bu gün 20-dən artıq xəstəxana istifadə edilir. Deyə bilərəm ki, bəzi ölkələrdə ölüm hallarının yüksək səviyyədə olmasının səbəbi xəstəxanalarda çarpayı qıtlığı ilə əlaqəlidir. Onlar fiziki olaraq bütün xəstələri qəbul edə bilmir. Koronavirusun ikinci dalğası baş verdiyi halda Azərbaycanda kifayət qədər əlavə çarpayı mövcuddur. Beləliklə, səhiyyə sisteminin müasirləşdirilməsi heç vaxt olmadığı qədər əhəmiyyətlidir, çünki koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

General Yaşar Əliyev Prezident Administrasiyasında vəzifəyə təyin edilib

Sonrakı məqalə

Dünyada koronavirusa yoluxanların sayı 4,5 milyonu ötdü