Dünyada koronavirusa yoluxanların sayı 7,6 milyon nəfəri ötüb

Son sutka ərzində dünyada koronavirus infeksiyasına yoluxan insanların sayı 136 min 757 nəfər artaraq 7 milyon 609 min 730 nəfərə çatıb.

Azərtac pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ötən gün COVID-19 xəstəliyindən 4 min 951 nəfər ölüb, bununla da həyatını itirənlərin ümumi sayı 424 min 84 nəfərə yüksəlib. Eyni zamanda, 3 milyon 852 min 341 nəfər sağalıb, müalicəsi davam edən 3 milyon 333 min 305 xəstədən 53 min 915-nin vəziyyəti ağır qiymətləndirilir.

Saytın Bakı vaxtı ilə bu gün saat 12:10-a olan məlumatına əsasən, ABŞ-da koronavirusa yoluxanların sayı 2 milyon 90 min nəfərə yaxınlaşır. Bu göstəriciyə görə sonrakı yerlərdə Braziliya (805 min 649), Rusiya (511 min 423), Hindistan (298 min 283), Böyük Britaniya (291 min 409), İspaniya (289 min 787) və İtaliya (236 min 142) gəlir.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 116 min 35 nəfər. İlk beşliyə daxil olan Birləşmiş Krallıqda 41 min 279, Braziliyada 41 min 58, İtaliyada 34 min 167, Fransada isə 29 min 346 nəfər koronavirus səbəbindən həyatını itirib.

Ötən sutka ərzində dünya əhalisi arasında ölüm səviyyəsi hər milyon insana nisbətdə 54,4 nəfər olub. Bu göstərici Böyük Britaniyada 608, İspaniyada 580, ABŞ-da isə 351 nəfər təşkil edir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda bu ilin 4 ayında 4287 boşanma qeydə alınıb

Sonrakı məqalə

Azərbaycanda əhalinin 49,9 faizi kişi, 50,1 faizi qadındır