“Dünyada koronavirusa yoluxma sayı azalmaqda davam edir” –

ÜST hesabat açıqladı
09 İyun 2021 - 09:02

Ötən həftə ərzində koronavirusa 3 milyondan artıq yoluxma halı, 73 mindən artıq isə ölüm halı qeydə alınıb.

“TASS”-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 15 faiz, ölüm hallarının sayı isə 8 faiz azalıb: “Koronavirusa yoluxma və koronavirusdan ölüm hallarının sayı azalmağa davam edib: ötən həftə ərzində ümumilikdə 3 milyondan artıq yoluxma, 73 mindən artıq isə ölüm halı qeydə alınıb, bu isə daha öncəki həftə ilə müqayisədə müvafiq olaraq 15 və 8 faiz daha azdır”.

Mayın 31-dən iyunun 6-dək koronavirusa 3 016 005 nəfər yoluxub, 73 807 nəfər isə koronavirusdan ölüb. İyunun 6-sı üçün dünyada koronavirusa yoluxma hallarının sayı 172 673 097, koronavirusdan ölüm hallarının sayı isə 3 718 944 nəfər təşkil edib.