Dünyada meymunçiçəyi xəstəliyinə 900-dən artıq yoluxma halı qeydə alınıb.
Xarici KİV-lərin məlmatına görə, 29 ölkədə aşkarlanan 909 yoluxma faktından 225-I Böyük Britaniyada, 186-sı isə İspaniyada qeydə alınıb. Portuqaliyada isə bu rəqəm 143-dür.
Meymunçiçəyinə yoluxma faktı aşkarlanan ölkələr arasında ilk onluqda Kanada, Almaniya, Fransa, Niderland, ABŞ, İtaliya və Belçika ölkələri də yer alıblar.