Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Dünyada milyarderlərin sərvəti tarixi maksimuma çatıb

User 20 Yanvar 2026 - 00:40 (Last updated: 20 Yanvar 2026 - 00:33)
milyarder

2025-ci ildə milyarderlərin ümumi sərvəti tarixi maksimuma yüksələrək 18,3 trilyon ABŞ dolları təşkil edib. Bu barədə beynəlxalq təşkilat “Oxfam” məlumat yayıb.

Təşkilatın “Zənginlərin hakimiyyətinə müqavimət: azadlığın milyarderlərin gücündən qorunması” adlı hesabatında deyilir: “Hazırda dünya üzrə milyarderlərin ümumi sərvəti 18,3 trilyon dollara çatıb — bu, tarixdə ən yüksək göstəricidir. 2025-ci ildə sərvət 16%-dən çox artıb ki, bu da son beş ilin orta göstəricisindən üç dəfə sürətlidir”.

Məlumata görə, 2020-ci ildən bəri milyarderlərin sərvəti “heyrətamiz” dərəcədə — 81% artıb. Ekspertlərin qiymətləndirməsinə əsasən, dünyada milyarderlərin sayı da artaraq ilk dəfə 3 min nəfəri ötüb. Eyni zamanda, dünyada hər dörd nəfərdən biri kifayət qədər qida ala bilmir, “dünya əhalisinin demək olar ki, yarısı isə yoxsulluq şəraitində yaşayır”.

Analitiklərin hesablamalarına görə, təkcə 2025-ci ildə milyarderlərin ümumi sərvəti 2,5 trilyon dollar artıb. Bu məbləğ “ifrat yoxsulluğun 26 dəfə aradan qaldırılması üçün kifayət edərdi”.

Bundan əlavə, mütəxəssislər müəyyən ediblər ki, milyarderlər adi vətəndaşlarla müqayisədə 4 min dəfə daha tez-tez əsas siyasi vəzifələri tuturlar. “Oxfam” nümayəndəsi Sonya Saltan bildirib: “Əksəriyyət milyarderlərin dominant mövqeyə malik olduğu bir dünyanı istəmir. Dünyanın müxtəlif bölgələrində etirazların artması insanların azsaylıların xeyrinə manipulyasiya olunan sistemi rədd etdiyini göstərir”.

AzPost.az

Post navigation

Previous: Moldova MDB-dən tamamilə çıxmağı planlaşdırır
Next: İranda etiraz aksiyalarının 200-ə yaxın təşkilatçısı həbs edilib

Oxşar xəbərlər

et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.