Dünyada qızıl ən çox nəyə sərf olunur? –Hesabat

Qızıl
Qızıl

Bəşəriyyətin ilk tanış olduğu metallardan qızılın təyinatı əsrlər boyu çox da dəyişməyib. Dünyada istehsal edilən sarı metalın 49 faizi zinət əşyalarının hazırlanmasına sərf olunur.

Bu məsələ Çin və Hindistan kimi ölkələrdə daha kütləvidir. Bu 2 ölkənin əhalisi ənənəvi olaraq qızıl məmulatları alır və nəsildən-nəslə ötürür.

Bu barədə Dünya Qızıl Şurasının hesabatında bildirilir.

Qeyd olunur ki, dünyadakı qızılın təxminən 20 faizi mərkəzi banklarda saxlanılır. Bu rezervlər ölkələrin maliyyə sabitliyi üçün zəruridir. İqtisadi böhran dövründə qızıl təhlükəsiz liman rolu oynayır.

Qızılın 19 faizi isə birja sövdələşmələrində maliyyə aləti kimi istifadə olunur.

Bu qiymətli metalın 9 faizə qədəri sənaye ehtiyaclarına sərf olunur. Kosmik, elektronika və hərb sənayesində həssas detalların istehsalı üçün qızıl əvəzedilməzdir. Bununla belə, sənayedə istifadə həcminə görə gümüş son 100 ildə hər zaman qızılı üstələyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.