Dünyada son sutkada koronavirusa 508 mindən çox yoluxma qeydə alınıb

25 May 2021 - 00:58

Dünyada son sutka ərzində 508 074 nəfər koronavirusa yoluxub, 10 807 nəfər ölüb.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 166 860 081 yoluxma hadisəsi, 3 459 996 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 46 faizdən çoxu Cənub-Şərqi Asiyanın (243 942) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (178 059) ilə Avropa (37 367) bölüşür.