“Dünyanı dəhşətli böhran gözləyir, pul yoxdur” –BVF-nin rəhbərindən bədbin virus AÇIQLAMASI

“Koronavirusa görə yaranmış böhran yüz il əvvəlki Böyük depressiya dövründən bəri ən dəhşətli böhran olacaq. Bunun aradan qaldırılması üçün 9 trilyon dollardan çox pul lazımdır ”.

 Azpost.info BBC-yə istinadən bildirir ki, bu sözləri Beynəlxalq Valyuta Fondunun başçısı Kristalina Georgiyeva bildirib: “Böhran hələ indi vüsət alır, proqnozları isə bizim pessimist gözləntilərimizdən də pisdir. Əgər tibb virusun qarşısını almasa bir çox iqtisadiyyatlar zərbə alacaq”.

O qeyd edib ki, iqtisadiyyatı qaldırmaq üçün bütün dünya ölkələri artıq büdcədən əlavə 9 trilyon dollar ayırmağı vəd ediblər: “Biz onlardan yalnız bir xahiş edirik: Nə qədər lazımdır daha çox ayırın”.

BVF rəhbəri deyib ki, bu qədər pul heç kimdə yoxdur, borc götürmək lazım gələcək: “Bu borcların ödənilməsi gələcək nəsillərin üzərinə düşür. Onlar səylə işləməli, vergilərin və inflyasiyanın artırılması hesabına bu borcu ödəməli olacaqlar”.

Onun sözlərinə görə, əgər inkişaf etmiş ölkələr kreditorları çətinlik olmadan tapırlarsa, koronavirus digər ölkələri pis vəziyyətdə qoyub.

BVF-nun rəhbəri qeyd edib ki, Rusiya, Hindistan, Meksika kimi varlı olmayan, inkişaf etməkdə olan ölkələr koronavirusdan daha çox zərbə alırlar.  BMT bu ölkələr üçün 2,5 trilyon dollar həcmində antiböhran paketi toplamağa çağırıb. BVF-nun rəhbərinin sözlərinə görə, bu pul çatmayacaq.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir