Dünyanın ən böyük əczaçılıq şirkətlərindən biri – Yaponiyanın dərman istehsalçısı “Takeda” Yaroslavlda zavodu satmaq niyyətindədir.
Azpost.info xəbər verir ki, bu barədə “Kommersant” dərman bazarındakı iki mənbəyə və bölgədəki məmurlardan birinə istinadən yazır.
Artıq bir neçə şirkət müəssisənin dəyəri ilə maraqlanıb. Lakin konkret təkliflər irəli sürülməyib.
Nəşrin əczaçılıq bazarı üzrə həmsöhbəti deyib ki, zavodun satışı şirkətin Rusiyadakı biznesini tamamilə məhdudlaşdıracağı anlamına gəlmir.
Ukraynada müharibə başlayandan sonra “Takeda” Rusiyada yeni klinik sınaqları, həmçinin Rusiya layihələrinə bütün investisiyaları dayandırıb. Lakin buna baxmayaraq, bazarda qalmağa qərar verib.
On il ərzində Yaponiyanın əczaçılıq şirkəti Yaroslavldakı zavoda 117,43 milyon avro sərmayə qoyub. Müəssisə ən çox satılan “Ninlaro” dərmanı istehsal edir.
Azpost.info