Dünyanın ən böyük bank və maliyyə qruplarından biri Rusiyaya pul köçürmələrini- DAYANDIRIR

Dünyanın ən böyük bank və maliyyə qruplarından olan HSBC oktyabrın 27-dən Rusiya və Belarusla əməliyyatlarını dayandıracaq.

Azpost.info xəbər verir ki, bu barədə “Nikkei Asia” məlumat yayıb.

Bank indiyədək sanksiyalara baxmayaraq, bu ölkələrdə korporativ müştərilərə xidmət göstərməkdə davam edib.

“HSBC oktyabrda korporativ müştəriləri üçün Rusiya və Belarusa pul köçürmələrini dayandıracaq. Qərar Rusiya və Belarusla əməliyyat fəaliyyətini minimuma endirmək üçün qəbul edilib”, – məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.