“Dünyanın ən böyük kruiz gəmisi “Royal Caribbean Icon of the Seas” ilk səyahətinə çıxıb.
Azpost.info xəbər verir ki, 20 göyərtəli və qiyməti 2 milyard dollar olan gəmi inşa edildiyi Finlandiyadan Mayami (ABŞ) limanına gəlib.
Gəmi Amerika sahillərində təntənə ilə qarşılanıb, tədbirin şərəfinə atəşfəşanlıq olub və gəmiyə ilk məşhur futbolçu Lionel Messi çıxıb.
Bilet sahibləri tezliklə dünyanı gəzə biləcəklər. Biletlərinin qiyməti 1747 dollardan başlayır.
Azpost.info