Dünyanın ən yaşlı heyvanı— 192 yaşında hələ sağdır

Jonathan
Jonathan

Dünyanın ən yaşlı heyvanı – Jonathan adlı bu tısbağa tarixə düşüb.

Təbiətin nadir möcüzələrindən biri olan Jonathan tısbağası hələ də həyatda qalmaqda davam edir. AzPost xəbər verir ki, o, hazırda 192 yaşındadır və dünyanın ən yaşlı canlısı hesab olunur. Jonathan 1832-ci ildə Seyşel adalarında dünyaya gəlib.

Daha sonra Britaniya müstəmləkəçiləri tərəfindən Müqəddəs Helena adasına gətirilib. Maraqlıdır ki, o, Napoleon Bonapartın sürgün olunduğu adada yaşayır. Jonathan hələ də hər gün yaşıl yarpaqlar, tərəvəz və meyvələrlə qidalanır.

Həkimlər bildirir ki, onun ümumi sağlamlıq durumu qənaətbəxşdir və aktivdir. Hər il onun doğum günü adada bayram kimi qeyd olunur. Adanın poçt markalarında belə onun şəkli təsvir edilib.

Jonathan tarixdə bu yaşa çatmış ilk heyvan kimi Ginnesin Rekordlar Kitabına düşüb. 2022-ci ildə onun 190 yaşı rəsmi qeyd olunub. İndi isə 192 yaşına qədəm qoyan tısbağa tarixçilərin, bioloqların və turistlərin maraq mərkəzindədir.

Elm adamları onun uzunömürlülüyünün sirrini hələ də tam aça bilməyib. Bildirilir ki, Jonathan gündəlik stressdən uzaq, sakit həyat və təbii qidalanma ilə bu yaşa qədər gəlib. Bəzi tədqiqatçılar onun genetik faktorlarının da böyük rol oynadığını qeyd edir.

Hazırda Jonathan dünyada bu yaşda yaşayan yeganə heyvandır və öz rekordu ilə tarixə düşüb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.