“Dünyanın ən böyük ölkəsi “Tik-Tok”dan qorxur”- Çin ABŞ-a çağırış etdi

Çin “Tik-Tok”a qadağa qoyan ABŞ hökumətini bazar iqtisadiyyatı və ədalətli rəqabət prinsiplərinə hörmət etməyə çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin açıqlama verib.

Nin “Tik-Tok” sosial şəbəkə tətbiqinin ABŞ dövlət qurumlarında istifadəsinə qoyulan qadağaya qarşı çıxıb.

“Dünyanın ən böyük ölkəsi olan Birləşmiş Ştatların özünə inamı yoxdur, gəncləri cəlb edən proqram təminatından qorxur. ABŞ hökuməti bazar iqtisadiyyatı və ədalətli rəqabət prinsiplərinə səmimi şəkildə hörmət etməlidir”, – Nin deyib.

O, həmçinin Vaşinqtonu “Tik-Tok”a qarşı əsassız təzyiqlərə son qoymağa və dünyanın hər yerindən şirkətlərə ABŞ-da sərmayə qoyması və fəaliyyət göstərməsi üçün açıq, ədalətli və ayrı-seçkiliyə yol verməyən mühit yaratmağa çağırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.