Dünyanın ən yaxşı futbolçularının adları açıqlanıb

Yamal
Yamal

Nüfuzlu “GiveMeSport” nəşri dünyanın ən yaxşı futbolçularının adlarını açıqlayıb.

25 futbolçunun daxil olduğu siyahiya İspaniyanın “Barselona” komandasında çıxış edən Lamin Yamal başçılıq edir.

Fransanın PSJ klubunun hücumçusu Usman Dembele ikinci, İngiltərə təmsilçisi “Liverpul”un futbolçusu Məhəmməd Salah isə üçüncü olub.

İlk “onluq”da həmçinin, Kilian Mbappe, Vinisius Junior, Cud Bellinqem (hamısı “Real Madrid”, İspaniya), Rafinya, Robert Levandovski, Pedri (hamısı “Barselona”) və Harri Keyn (“Bavariya”, Almaniya) yer alıblar.

Gürcüstan millisinin və PSJ-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya isə reytinqin 24-cü pilləsində qərarlaşıb.

Siyahı tərtib olunarkən futbolçuların stabil çıxışı və geniş ictimaiyyət tərəfindən tanınmaları nəzərə alınıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.