Dünyanın aparıcı ölkələrində kərə yağının qiymətləri- Ən ucuz və ən baha satanlar

Analitiklər G20 ölkələrində və Avropa İttifaqında pərakəndə satış mağazalarında kərə yağının qiymətlərini öyrəniblər.

Azpost.info xəbər verir ki, dünyanın ən böyük iqtisadiyyatlarında 200 qramlıq kərə yağının qiymətinin orta hesabla 2,78 dollar olduğu məlum olub.

Qiymətin ən ucuz olduğu ölkələrin “ilk beşliyinə” Macarıstan (1,76 dollar), Portuqaliya (1,9 dollar), ABŞ (1,94 dollar) və Polşa (1,96 dollar) daxil olub.

Hindistanda bir paçka yağın qiyməti 1,37 dollardır. G20-nin ilk on ölkəsini Almaniya (1,99 dollar), Türkiyə (2,02 dollar), Rusiya (2,09 dollar), İspaniya (2,10 dollar) və Avstriya (2,20 dollar) tamamlayır.

Fransada bir paçka kərə yağı 2,31 dollar, Kanadada 2,52 dollar, Çində 2,54 dollardır. Reytinqi Bolqarıstan (3,98 dollar), Yaponiya (3,91 dollar), Avstraliya (3,82 dollar), İndoneziya (3,67 dollar) və Danimarka (4,27 dollar) tamamlayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.