Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Dünyanın daxili nüvəsi son 20 ildə forma dəyişdiribmi?

Orkhan Ali 07 İyun 2025 - 15:45 (Last updated: 07 İyun 2025 - 09:19)
1
Yeni bir araşdırmaya görə, Yerin daxili nüvəsi son 20 il ərzində forma dəyişmiş ola bilər. Bu dəyişiklik geoloji zaman miqyasında deyil, çox daha qısa müddət ərzində baş verib və bu, elm adamlarını təəccübləndirən mühüm bir kəşf hesab olunur.
Daxili nüvə haqqında nə bilirik?
Qaynarinfo xəbər verir ki, dünya haqqında çox şey bilsək də, daxili nüvə hələ də bir çox sirrini qoruyur. Bunun əsas səbəblərindən biri insanlığın fiziki olaraq Yer qabığında qazaraq çata bildiyi ən dərin nöqtənin cəmi 12 kilometr olmasıdır. Halbuki dünya nüvəsi yerin təxminən 5 100 kilometr dərinliyində yerləşir.
Buna baxmayaraq, sismik dalğalar və Yerin maqnit sahəsinin dəyişiklikləri sayəsində elm adamları daxili nüvə haqqında məlumat toplaya bilir. Yeni texnologiyalar və tədqiqat metodları sayəsində bu sahədə mühüm irəliləyişlər əldə edilir.
Daxili nüvə hərəkət edirmi?
2000-ci illərin əvvəllərində aparılan araşdırmalarda dünya nüvəsinin səthə nisbətən fərqli istiqamətdə döndüyü müəyyən edilmişdi. 2022-ci ildə alimlər 1960-cı və 1970-ci illərdə nüvə sınaqları zamanı toplanan veriləri təhlil edərək, daxili nüvənin səthdən daha yavaş döndüyünü və hər altı ildən bir irəli-geri hərəkət etdiyini ortaya qoyublar.
Kaliforniya Cənubi Universitetinin Yer elmləri professoru Con Vidale həmin dövrdə verdiyi açıqlamada belə demişdi:
“Daxili nüvə sabit deyil – o, ayaqlarımızın altında hərəkət edir və hər altı ildən bir bir neçə kilometr irəli-geri gedir”.
2023-cü ildə aparılan araşdırmalar isə daxili nüvənin 2010-cu ildən etibarən Yerin digər hissələrinə nisbətən daha yavaş döndüyünü göstərib.
Yeni araşdırmanın nəticələri nədir?
Son araşdırmada elm adamları dünyanın daxili nüvəsinin təkcə dönmə sürətinin deyil, həm də formasının dəyişdiyini irəli sürür.
– 1991-2023-cü illər arasında Güney Sendviç Adaları yaxınlığında baş verən 121 təkrarlanan zəlzələ dalğası analiz edilib.
– Məlum olub ki, 2004-2008-ci illərdə daxili nüvənin bəzi hissələrində qeyri-adi dəyişikliklər baş verib.
Bu araşdırmada alimlər 168 təkrarlanan zəlzələ cütlüyünü araşdıraraq sismik dalğaların dəyişikliklərinin yalnız dönmə sürətindən qaynaqlanmadığını müəyyən ediblər.
– Dalğa formalarındakı dəyişikliklərin nüvənin formasının dəyişməsi və materialın deformasiya olunması ilə əlaqəli ola biləcəyi qənaətinə gəlinib.
– Nüvənin bu dəyişikliklərə manto ilə qarşılıqlı təsiri və xarici nüvənin hərəkəti səbəb ola bilər.
Daha dərin araşdırmalara ehtiyac var
Alimlər daxili nüvədə erimiş materialın xaricə atılması kimi fərziyyələrin də mümkün olduğunu bildirirlər. Onlar qeyd edirlər ki, daxili nüvənin təkcə rotasiya etmədiyini, həm də fərqli deformasiya dəyişiklikləri yaşadığını göstərən bu araşdırma, gələcək tədqiqatlar üçün mühüm əsas yaradacaq.
Bu kəşf Yerin daxili dinamikasının düşündüyümüzdən daha mürəkkəb ola biləcəyini göstərir və elm adamlarına planetimizin geodinamik proseslərini daha yaxşı anlamaq imkanı yaradır.

AzPost.az

Post navigation

Previous: Bu məşhur şokoladları yemək təhlükəlidir –
Next: 1976-cı ildə kəşf edildi: Marsdakı “insan üzü” nədir?

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.