Dünyanın ikinci ən böyük tütün şirkəti Rusiyadan gedir- Biznesini satdığını AÇIQLADI

ABŞ-ın tütün şirkəti “British American Tobacco” (BAT) Rusiya və Belarusdakı biznesini satdığını açıqlayıb.

Azpost.info xəbər verir ki, şirkətin məlumatına görə, aktivlərin yeni sahibi BAT Rusiyanın idarə heyətinin üzvlərinin rəhbərlik etdiyi konsorsium olacaq.

Biznesin satışının bir ay ərzində tamamlanacağı deyilir. Müqavilənin dəyəri açıqlanmayıb.

“Satış başa çatdıqdan sonra BAT-ın Rusiya və Belarusda mövcudluğu olmayacaq və bu bazarlarda davam edən satışdan heç bir maliyyə gəliri əldə etməyəcək”, – şirkətdən bildiriblər.

“British American Tobacco” şirkəti “Dunhill”, “Kent”, “Vogue”, “Rothmans”, “Pall Mall”, “Lucky Strike” və “Java” markalı siqaretlərin, həmçinin “glo” tütün qızdırıcılarının və “neo” çubuqların istehsalçısıdır.

Qeyd edək ki, “British American Tobacco” “Philip Morris İnternational”dan sonra dünyanın ikinci ən böyük tütün şirkətidir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.