Dünyanın ən böyük bənövşəyi ulduzlu sapfiri Şri-Lankada tapılıb.
AzPost Daily Mail nəşrinə istinadən bildirir ki, onun çəkisi 3563 karat, dəyəri isə təxminən 2 milyard 957 milyon dollardır.
Adından da göründüyü kimi, bu sapfirlər ulduzlara bənzərlikləri ilə tanınır. Bu xüsusiyyətə asterizm deyilir və daşın səthində parıldayan kosmik naxışla optik effekt yaradır.
“Bu, öz növünün ən böyük bənövşəyi ulduz sapfiridir. O aydın şəkildə müəyyən edilmiş asterizm nümayiş etdirir. Altı guşəli asterizmə malikdir. Bu, bütün digər daşlarla müqayisədə xüsusi bir şeydir”, – gemoloq Aşan Amarasinge bildirib.
Onun sözlərinə görə, daş Yer kürəsində indiyə qədər tapılan ən qiymətli daşlardan biri hesab edilə bilər.
Safir təhlükəsizlik səbəbləri ilə anonim qalmağı seçən adsız bir alim qrupuna məxsusdur. Sahiblərindən biri sapfirin “daşlar şəhəri” kimi tanınan Ratnapura şəhəri yaxınlığındakı bir mədəndə tapıldığını bildirib.