Noyabrın 17-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayət açılıb.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat verib.
Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 27 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.