“Düşməni qorxutdunuz…Bizi heç kim ayıra bilməz!” –Ərdoğan Azərbaycan-Türkiyə hərbçilərinə müraciət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə birgə hərbi təliminin iştirakçılarına müraciət edib.

Ərdoğan müraciətində deyib ki, çətin hava şəraitində keçirilən təlimlər Azərbaycan və Türkiyə hərbçilərini daha da gücləndirəcək. “İnanıram ki, sizlər dostlara güc, düşmənlərə qorxu verdiniz”, – Ərdoğan vurğulayıb.

“Azərbaycan-Türkiyə birgə hərbi təlimləri də göstərdi ki, heç kim bizi bir-birimizdən ayıra bilməz və ayıra bilməyəcək”-deyə Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə və Azərbaycan bu hərbi təlimlərlə həmrəylik nümayiş etdirib.

Əvvəlki məqalə

Çin etnik mənsubiyyəti müəyyən edən izləmə proqramı hazırlayıb

Sonrakı məqalə

Zelenski Donbasa səfər edib