Çin etnik mənsubiyyəti müəyyən edən izləmə proqramı hazırlayıb

Çinin təhlükəsizlik kameraları istehsal edən şirkəti Sincanda etnik təmizləmə iddialarına görə Böyük Britaniyanın qadağası ilə üzləşdiyi halda, Britaniya və digər avropalı müştərilərə etnik mənsubiyyətin tanınması üçün olan texnologiyanı təklif  edir.

Aktivistlər uyğurları repressiya etmək üçün istifadə edilən eyni irqçi texnologiyanın Britaniyada da satılmasından narahatdırlar.

“The Guardian” xəbər verir ki, “Hikvision” öz internet səhifəsində dərc olunan broşurada Böyük Britaniyanın “FaiceTech” startapı ilə əməkdaşlıqda təmin edə biləcəyi bir sıra funksiyaları qeyd edib. Bunlara pərakəndə təhlükəsizlik üçün sifətin tanınması, sərhəd nəzarəti və pərakəndə bankçılıq üçün çirkli pulların yuyulmasına qarşı çeklərin istifadəsi daxildir.

Broşürada həmçinin cins, irq/etnik mənsubiyyət, yaş profili daxil olmaqla Əlavə Demoqrafik Profilin Üz analizi alqoritmləri reklam olunur. “Hikvision”ın saytında İtaliya şirkəti irqi profilləşdirməni təklif edən kimi qeyd edilib.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycana qarşı təhlükə Türkiyəyə qarşı təhlükədir” –

Sonrakı məqalə

“Düşməni qorxutdunuz…Bizi heç kim ayıra bilməz!” –