Dəhşətli cinayət: kafe işçisi bıçaqlanaraq öldürüldü

Bıçaq
Bıçaq

Rusiyanın Kemerovo vilayətinin Novokuznetsk şəhərində kafedə ağır cinayət hadisəsi baş verib.

AzPost xəbər verir ki, hadisə şəhərin Filipov küçəsində yerləşən iaşə obyektində qeydə alınıb.

Məlumata görə, kafedə istirahət edən bir şəxs fasilə zamanı kənara çıxıb, lakin qayıtdıqdan sonra aqressiv davranmağa başlayıb. O, qəfil kassirə hücum edib. Hadisə anında iki işçi arxa qapıdan qaçaraq canını xilas edə bilib.

Lakin başqa bir qadın işçi paltardəyişmə otağında olub. İlkin məlumatlara əsasən, həmin şəxs ona bıçaqla xəsarət yetirib. Qadın aldığı yaralardan ölüb. Daha sonra şübhəli şəxs kafenin qril və kassir avadanlıqlarını dağıdaraq təxribat törədib.

Şahidlərin sözlərinə görə, o, hücum zamanı ardıcıl təhdidlər səsləndirib. Hadisə anı videomüşahidə kamerasına düşüb və görüntülər sosial şəbəkələrdə yayılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.