Dələduzlar indi də Naxçıvan nömrləri ilə zəng edirlər- DİQQƏTLİ OLUN!

dələduzluq növü
dələduzluq növü

Son zamanlar xarici nömrələrdən vətəndaşlara müxtəlif zənglərin gəlməsi ilə bağlı şikayətlər artmaqdadır. AzPost xəbər verir ki, xüsusilə Gürcüstan və Türkiyə mobil operatorlarına məxsus nömrələrdən zənglər daxil olur. Xəttin əks tərərfindəki şəxs isə rus dilində guya hər hansı kampaniya barəsində məlumat verir.

Dələduzlar bu yol ilə şəxslərin telefonlarına müdaxilə edərək müxtəlif əməliyyatlar həyata keçirirlər. Artıq dələduzların bu hiyləsindən çoxları xəbərdardır və xarici nömrələrdən gələn zənglərə cavab vermirlər.

Lakin bugünlərdə dələduzlar yeni metoda əl atıblar. Belə ki, Naxtel şirkətinə məxsus 060 ilə başlayan nömrələrdən zənglər gəlməyə başlayır. Vətəndaş isə bunun yerli nömrə olduğunu görür və cavab verir.

Bəzi hallarda isə sadəcə telefonda danışığı uzatmaqla smartfonlara daxil ola bilirlər.

Xaricdən gələn zənglərin tənzimlənməsi ilə bağlı yerli mobil operatorlar müvafiq quruma müraciətlər etdiyini bildiriblər. Bir müddət əvvəl Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmisi AzPost-un sualını cavablandırarkən bildirmişdi ki, bununla bağlı işlər aprılır və yaxın müddətdə həyata keçiriləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.