Dərinin qorunması üçün gündəlik su qəbulu vacibdir

Dəri
Dəri

Dəri sağlamlığı üçün kifayət qədər su içmək vacib şərtlərdən biridir. AzPost bildirir ki, Kanada Dermatologiya Cəmiyyətinin üzvü, dermatoloq Sara McKenzie CBC News-ə açıqlamasında qeyd edib ki, bədənin kifayət qədər su ilə təmin olunması dərinin elastikliyini və parlaqlığını artırır.

McKenzie bildirib ki, su dərini nəmləndirir, toksinlərin çıxarılmasına yardım edir və quru dərinin yaranmasının qarşısını alır. Həkim əlavə edib ki, gündə ən azı 2 litr su içmək tövsiyə olunur.

Dermatoloq vurğulayıb ki, suyun yanında antioksidantlarla zəngin qidalar da dərinin sağlamlığı üçün vacibdir. O, həmçinin günəşdən qoruyucu vasitələrdən istifadə etməyi unutmayıb.

McKenzie qeyd edib ki, susuz qalmaq dəridə qırışların, ləkələrin və iltihabların yaranmasına səbəb ola bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.