Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar başlayıb.
AzPost bildirir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov məlumat verib
“Danışıqlar prosesi üçtərəfli formatda – Ukrayna, ABŞ və Rusiya arasında başlayıb. Artıq iş ayrı-ayrı qruplarda davam edəcək və bundan sonra mövqelərin birgə sinxronlaşdırılması planlaşdırılır”, – deyə o bildirib.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov Moskvanın BƏƏ-də keçirilən üçtərəfli danışıqlardan sonra heç bir açıqlama verməyəcəyini bildirmişdi.
“Politico” Ukrayna və Amerika mənbələrinə istinadən yazır ki, hazırkı danışıqlar ümumilikdə düşünüləndən daha ümidverici olacaq. Çünki Rusiya tərəfi Ukrayna nümayəndə heyətinin tərkibindəki dəyişiklikdən sonra bu görüşlərə daha ciddi yanaşmağa başlayıb.