Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
AzPost bildirir ki, bu barədə BƏƏ xarici işlər naziri açıqlama verib.
Məlumata görə, Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda Moskva avqust ayında Putin və Tramp tərəfindən razılaşdırılmış “Ankoric formulu”nu nəzərdən keçirir.
Ukraynanı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Prezident Aparatının rəhbəri Kirill Budanov, Prezident Aparatının rəhbərinin müavini Sergey Kislitsa, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov təmsil edir.
Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının (BQQ) Baş İdarəsinin rəisi admiral İqor Kostyukov rəhbərlik edir.
İkitərəfli iqtisadi məsələlər qrupunun rəhbərləri, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev və Stiv Uitkov da orada görüşəcəklər.