Əbülfəz Elçibəyin 1992-ci ildə məcburi köçkünlərlə görüşü –33 il əvvəlki GÖRÜNTÜLƏR

İnternetdə 1992-ci il iyun ayında keçiriləcək prezident seçkisi kampaniyası zamanı o zaman AXC tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş mərhum Əbülfəz Elçibəyin Şuşa və Laçından məcburi köçkün düşmüş sakinlərlə görüşündən görüntülər yayılıb.

AzPost bildirir ki, görüntülərdə çıxış edən sakinlər ağır vəziyyətdən, ölkədə baş verən hökumət böhranından narazılıq edir, tələblərini irəli sürürlər.

Səhnədə AXC sədri Əbülfəz Elçibəy, Tahir Kərimli və digər şəxslər oturub.

Xatırladaq ki, 1992-ci il mayın 14-də iki ay əvəvl istefaya göndərilmiş prezident Ayaz Mütəllibovun qayıdışına etirazla qarşılanıb. Nəticədə Mayın 15-də AXC haimiyyətə gəlib.

Həmin ayın 8-də Şuşa, 18-də isə Laçın işğal olunub

İyunun 7-də keçirilmiş seçkilərdə Əbülfəz Elçibəy prezident seçilib.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.