Əbülfəz Elçibəy və Vəzirov Azərbaycan SSR Ali Sovetinin iclasında– 1989-cu il /”FOTOXRONİKA”/VİDEO

 1980-ci illərin sonu Azərbaycan tarixinə gərgin siyasi böhran illəri kimi yazılıb.

Qarabağ münaqişəsi, SSRİ-də başlanmış böhran və yürüdülən siyasətin iflası ölkəmizin ictimai-siyasi həyatını da əhatə edirdi.

Həmin dövrdə Azərbaycana rəhbərlik edən Kommunist Partiyası ölkədə müstəqillik uğrunda hərəkata başçılıq edən digər cinahla-Azərbaycan Xalq Cəbhəsinin gücü ilə hesablaşmalı olurdu.

AzPost FOTOXRONİKA” çərçivəsində təqdim etdiyi bu fotolar həmin dövrün bir aynasıdır.

Azərbaycan SSR Ali Sovetinin 1989-cu ilin dekabrında keçirilmiş sessiyasına AXC sədri Əbülfəz Elçibəy də dəvət olunub.

Ali Sovetin deputatları ilə bir sırada oturmuş Ə.Elçibəyin yanında AXC-nin digər liderləri –Etibar Məmmədov və Rəhim Qazıyev oturub.

1989-cu ilin dekabrında keçrilimiş sessiyada Azərbaycan SSR-in 1990-cı ildə sosia-iqtisadi inkişafı ilə bağlı məsələ müzakirə edilib.

Kadrlarda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov, Ali Sovetin sədri Elmira Qafarova, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovu görmək olur.

Amma sessiyasının gedişi həmin vaxt müvəqqəti təxirə salınıb. Cəlilabadda baş verən iğtişaşlar səbəbindən iclasa fasilə verilib.

1989-cu ilin 28 dekabr tarixində Cəlilabad şəhərində Sovet hakimiyyətinə qarşı xalq etirazı kütləvi iğtişaşlara çevrilib.

Hadisələr zamanı hüquq-mühafizə orqanları ilə etirazçılar arasında qarşıdurmalar baş verib, nəticədə 150 nəfər xəsarət alıb.

Etirazlar əsasən yerli əhalinin milli azadlıq və sosial ədalət tələbləri, o cümlədən Sovet rejiminin repressiv siyasətinə qarşı narazılıq fonunda baş qaldırmışdı. Bu hadisə Azərbaycan xalqının 1980-ci illərin sonlarında güclənən azadlıq hərəkatının mühüm epizodlarından biri kimi tarixə düşüb.

1990-cı il isə Azərbaycan tarixində faciəvi il oldu. Yanvarın 20-də Sovet ordusunun Bakıya hərbi müdaxiləsi nəticəsində yüzlərlə dinc sakin öldürüldü, minlərlə insan yaralandı.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.