Ədalət Partiyasının yeni sədri Prezident Administrasiyasının şöbə müdiri ilə görüşüb

Mütəllim Rəhimli
Mütəllim Rəhimli
Ədalət Partiyasının yeni sədri Mütəllim Rəhimov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.
AzPost bildirir ki, bu barədə M.Rəhimli məlumat verib.
“Ədalət Partiyasının sədri seçilməyim münasibətilə təbriklərini çatdıran Prezident Administrasiyasının şöbə müdiri ölkəmizdə demokratik münasibətlərin təcəssümü olan siyasi dialoqda partiyanın bundan sonra da fəal iştirakına ümid etdiyini bildirdi”-deyə o vurğulayıb.
“Görüşdə Ədalət Partiyası üçün dövlətçilik mövqeyinin və milli maraqların hər zaman mütləq prioritet təşkil etdiyini bir daha qeyd etdim. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal mövqe tutacağımızı bildirdim”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.