Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. Bu bardə Azpost.info-ya Ədliyyə Nazirliyindən bildirilib. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ərazisində gizlədilmiş 1 ədəd “AKS-74U” markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 5.45 millimetrlik güllə aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. AzPost.az Yazı naviqasiyası İki marşrut üzrə avtobuslar yenilənir – Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb