Ədliyyə Nazirliyinin bəzi qurumlarının ünvanı dəyişdirilib

Ədliyyə Nazirliyinin bir sıra struktur qurumlarının yerləşdiyi ünvanda dəyişiklik edilib.

AzPost bildirir ki, bu barədə nazirlikdən bildirilir.

Belə ki, Nazirliyin İcra xidməti, Tibb baş idarəsi, İstintaq idarəsinin yerləşdiyi ünvanlar dəyişdirilib.

Yeni ünvanlar aşağıdakı kimidir:

–    İcra xidməti – Bakı şəhəri, Nəsimi rayonu, Nəcəf bəy Vəzirov küçəsi 56

–    Tibb baş idarəsi – Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 86

–    İstintaq idarəsi – Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 80/2

Vətəndaşlardan müraciətlərini yeni ünvanlar üzrə etmələri xahiş olunur. Ünvanlarla bağlı ətraflı məlumat almaq üçün vətəndaşlar Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.