Əfqanıstan Pakistana qarşı hərbi əməliyyatları dayandırdığını elan edib.
Azpost.info bildirir ki, bu barədə Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahid bəyan edib.
O deyib ki, Əfqanıstan Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin xahişi ilə Pakistana qarşı hərbi əməliyyatları müvəqqəti olaraq dayandırır.
“Əfqanıstan İslam Əmirliyinin təhlükəsizlik və müdafiə qüvvələri qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar və Səudiyyə Ərəbistanı Krallığı, Qətər və Türkiyə kimi vasitəçi ölkələrin xahişinə cavab olaraq müdafiə əməliyyatlarının müvəqqəti dayandırılmasını elan edir” -deyə Mücahid açıqlamasında bildirib.