Əfqanıstanda Instagram, Facebook və Snapchat-a giriş məhdudlaşdırılıb

Əfqanıstanda Instagram, Facebook və Snapchat sosial media platformalarına giriş məhdudlaşdırılıb.

Azpost.info bildirir ki, bu barədə NetBlocks internet monitorinq xidmətinin məlumatında deyilir.

“Məlumatlar göstərir ki, Instagram, Facebook və Snapchat sosial media platformaları hazırda Əfqanıstanda bir neçə provayder tərəfindən məhdudlaşdırılıb”, – deə xidmətdən bildirilib.

Bu, keçən həftə ölkədə telekommunikasiya kəsilməsindən sonra baş verir.

Sentyabrın sonunda bildirilib ki, ölkə hakimiyyəti əxlaqı qorumaq üçün tədbirlər həyata keçirərkən Əfqanıstanda internetin tamamilə bağlanması qeydə alınıb. Telefon xidmətinin kəsilməsi ilə bağlı xəbərlər də həmin vaxt ortaya çıxıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.