Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Əfsanəvi Land Cruiser hibrid olur –

User 19 Sentyabr 2026 - 10:10 (Last updated: 19 Sentyabr 2026 - 09:09)
toyota kruzer

Toyota Yaponiyada yenilənmiş Land Cruiser J300 modelini satışa çıxarmağa hazırlaşır. Modelin yeni versiyasının əsas yeniliyi hibrid güc qurğusunun əlavə edilməsidir.

“Drom.ru”nun məlumatına görə, yeni hibrid modifikasiya Lexus LX700h modelində istifadə olunan güc qurğusundan yararlanır.

Hibrid sistem paralel sxem üzrə işləyir. Burada 3,5 litrlik benzin mühərriki ilə elektrik mühərrik-generator birlikdə çalışır. Elektrik aqreqatı daxiliyanma mühərriki ilə 10 pilləli avtomatik sürətlər qutusu arasında yerləşdirilib.

Toyota yeni sistemin dəqiq texniki göstəricilərini hələ açıqlamayıb. Lakin eyni güc qurğusundan istifadə edən Lexus LX700h-də sistem 457 at gücü və 790 Nm fırlanma anı hasil edir.

7 yerlik salon

Yeni hibrid Land Cruiser-in salonu üç sıra və 7 oturacaqdan ibarət olacaq.

Üçüncü sıradakı oturacaqların arxa hissəsi 50:50 nisbətində bölünür. Onların əyilmə bucağını elektriklə tənzimləmək mümkündür.

Hibrid versiyanı xaricdən də tanımaq mümkün olacaq. Model üçün aerodinamik xüsusiyyətləri yaxşılaşdırılmış yeni dizaynlı bamperlər hazırlanıb.

Baqaj bölməsində isə 100 volt və 1500 vatt gücündə iki dəyişən cərəyan rozetkası yerləşdirilib.

Bir mühərrik model sırasından çıxarılır

Yaponiya bazarı üçün Land Cruiser J300-ün mühərrik çeşidində də dəyişiklik ediləcək.

3,4 litrlik turbomühərrikli V6 benzin mühərriki model sırasından çıxarılır. Bu mühərrik 415 at gücü və 650 Nm fırlanma anı hasil edirdi.

Bununla yanaşı, 3,3 litrlik V6 turbodiesel mühərrik çeşiddə qalacaq. Bu mühərrikin gücü 304 at gücü, fırlanma anı isə 700 Nm təşkil edir.

Yaponiya bazarı üçün dizel versiyanın avadanlıqları da yenilənib. Standart komplektasiyada üç diferensialın bloklanması, 265/65 R18 ölçülü şinlər, alüminium yan pillələr və yan güzgülərin elektriklə qatlanması olacaq.

Radiator barmaqlığı xrom elementlərlə qara rəngdə hazırlanıb. Ön oturacaqlar mexaniki tənzimlənir, salonda isə parça üzlükdən istifadə olunur.

Bütün Land Cruiser-lərdə yeni avadanlıq

Yenilənmədən sonra Yaponiyada satılan bütün J300 modelləri standart olaraq smartfon üçün simsiz enerji doldurma sistemi ilə təchiz ediləcək.

ZX və GR Sport versiyalarında isə qara dam relsləri, salonda soyuducu qutu, 14 dinamikli JBL audio sistemi və təkərlərdə təzyiqin aşağı düşməsi barədə xəbərdarlıq sistemi standart avadanlığa daxil ediləcək.

Yenilənmiş Toyota Land Cruiser J300-ün Yaponiyada qiyməti 8 milyon 750 min 500 yendən başlayır.

AzPost.az

Post navigation

Previous: Avropada insanlar pensiyaya çıxandan sonra neçə il yaşayır? –
Next: Dünyada ərzaq bahalaşır –

Oxşar xəbərlər

DIN
  • Sosial

Azərbaycanda bir gündə 100 axtarışda olan şəxs saxlanıldı

User 04 Noyabr 2026 - 10:21
yollar bağlanacaq
  • Sosial

Yol polisi sürücülərə müraciət edib

User 04 Noyabr 2026 - 09:24
iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10

xƏBƏR

DIN
  • Sosial

Azərbaycanda bir gündə 100 axtarışda olan şəxs saxlanıldı

User 04 Noyabr 2026 - 10:21
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları noyabrın 3-də ölkə ərazisində axtarışda olan 100 nəfəri saxlayıblar. Azpost.info xəbər verir...
Read more about Azərbaycanda bir gündə 100 axtarışda olan şəxs saxlanıldı
2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən əsas rəqəmlər açıqlandı budce
  • Baş Yazı

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən əsas rəqəmlər açıqlandı

User 04 Noyabr 2026 - 10:15
Obama Trampa mesaj verdi, demokratlara çağırış etdi – “Qollarımızı çırmalayıb işə başlamalıyıq” obama
  • Dünya

Obama Trampa mesaj verdi, demokratlara çağırış etdi – “Qollarımızı çırmalayıb işə başlamalıyıq”

User 04 Noyabr 2026 - 10:07
ABŞ-da Trampa görünməmiş seçki zərbəsi – Demokratlar Senatda çoxluğu ələ keçirdi abs seçki menteqe
  • Dünya

ABŞ-da Trampa görünməmiş seçki zərbəsi – Demokratlar Senatda çoxluğu ələ keçirdi

User 04 Noyabr 2026 - 09:59
4 noyabr üçün ulduz falı – Bürcləri hansı dəyişikliklər gözləyir? burcler
  • Maraqlı

4 noyabr üçün ulduz falı – Bürcləri hansı dəyişikliklər gözləyir?

User 04 Noyabr 2026 - 09:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.