ƏHD Partiyasının rəhbərliyi Əbülfəz Elçibəyin məzarını ziyarət edib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvləri milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını doğum günü ilə bağlı ziyarət ediblər. Əbülfəz Elçibəyin məzarının önünə əklil və gül dəstələri qoyulub.

ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elçibəyin həyat yolu, Azərbaycan tarixindəki yeri və ideyaları ilə bağlı fikirlərini bölüşüb.
Daha sonra Əbülfəz Elçibəyin ruhuna fatihə oxunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.