“Əhsən! Sizinlə fəxr edirəm!” –Mehriban Əliyeva gimnast qızlarımızı təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Olimpiadada uğurla çıxış edən bədii gimnastika üzrə komandanın üzvlərini təbrik edib. 
Azpost.info bildirir ki, M. Əliyeva bununla bağlı paylaşım edib.
“Əhsən! Sizinlə fəxr edirəm!
Əziz gimnastlar, sizin zəhmətiniz, mətanətiniz və ən yaxşı olmaq istəyiniz sayəsində əldə olunan tərəqqi göz qabağındadır! Məharətinizə, qələbə əzminizə və ən mürəkkəb elementləri zərifliklə yerinə yetirdiyinzə görə sağ olun! Sizə yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram! Sizi sevirəm!”.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.