Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ekologiya Nazirliyi Ermənistanın Naxçıvanla sərhəddə zavod tikməsi ilə bağlı bəyanat yayıb

User 08 İyun 2023 - 01:07 (Last updated: 21 May 2025 - 20:15)
naxcivan

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ermənistanın Naxçıvan MR-lə sərhəddə zavod tikməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində – Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan tərəfindən sosial media hesabında məlumat və bu faktı təsdiq edən videogörüntülər yayılıb.

 

Bu Ermənistanın növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarını kobud surətdə pozması deməkdir.

 

Belə ki, Espo Konvensiyasının müddəalarına görə, Konvensiya tərəfi öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır.

 

Həmçinin Ermənistan Espo Konvensiyasının üzvü olaraq sözügedən fəaliyyətə başlamazdan öncə Azərbaycanın və təsirə məruz qalan ərazilərdə ictimaiyyətin transsərhəd ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunda iştirakını təmin etməli idi.

 

Bildiririk ki, Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət edilməməsi ilk hal deyil. Bir müddət əvvəl Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Azərbaycan Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı iddia irəli sürmüş və Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmışdır.

 

Hamıya məlumdur ki, Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Ermənistanın iri mədən müəssisələri-Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir.

 

Bu faktlar göstərir ki, Ermənistanın bu cür qanunsuz fəaliyyətləri təkcə Azərbaycanın deyil, ümumi regionun ekoloji mühiti üçün təhlükə mənbəyinə çevrilib.

 

Ermənistanın regionun ekoloji təhlükəsizliyinə zərbə vuran, beynəlxalq hüquq normalarına zidd olan əməllərini qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti bu məsələyə xüsusi diqqət göstərməyə çağırırıq”.

Post navigation

Previous: Messi 400 milyon avrodan imtina etdi –
Next: Naxçıvanın dövlət proqramları ləğv edilib

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.