Əkrəm İmamoğlu ilə yanaşı 105 nəfər də saxlanılıb

İstanbul Baş Prokurorluğu aralarında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun da olduğu 105 nəfərə qarşı genişmiqyaslı əməliyyat keçirib.

Bu barədə “Haberler.com” saytı məlumat yayıb.

Aralarında İmamoğlunun da olduğu 100-dən çox adamın saxlanıldığı, evlərində axtarış aparıldığı bildirilib.

Nəşr yazır ki, həbs qərarları və araşdırmalardan sonra “X” (Twitter), “Instagram” və “YouTube” platformalarına girişdə problemlər yaranıb.

İstifadəçilər bu platformalara daxil olarkən yavaşlamalar və əlaqə xətaları ilə üzləşdiklərini bildiriblər.

NTV-nin xəbərinə görə, band ixtisarının yalnız İstanbul üçün tətbiq edildiyi bildirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.