Ekstrasens Zirəddin Rzayev Bakıdan olan bu deputata köməkçi təyin edilib –FOTO

Tanınmış azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayevin Rusiya Dövlət Dumasında hansı deputatın köməkçisi təyin olunduğu məlum olub. 

Bu barədə  Azpost.info-ya Z.Rzayev məlumat verib.

O bildirib ki, deputat Anatoli Voronovskinin köməkçisi təyin olunub.

Xatırladaq ki, ekstrasens artıq bir neçə ildir Rusiya Federasiyası İctimai Palatasının komissiya üzvü kimi də fəaliyyət göstərir.

Dövlət Dumasının deputatı Anatoli Voronovski  1966-cı ildə Azərbaycanda, Bakıda anadan olub. 

Azərbaycan Ali Hərbi -Dəniz Məktəbinin məzunudur. 1988-ci ildə Kirov adına Xəzər ali hərbi-dənizçilik Məktəbini bitirib. 2004-cü ildə ikinci ali təhsil alıb. Şimali Qafqaz Dövlət İdarəçiliyi Akdemiyasını “dövlət və bələdiyyə idarəçiliyi” ixtisası üzrə bitirib.

O, 2017-2021-ci illərdə Krasnodar vilayətinin qubernator müavini postunu tutub. 2021-ci ildə Dövlət Dumasına seçkilərdə hakim “Vahid Rusiya” Partiyasının siyahısı ilə seçilib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.