Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Elə bir mühit yaratmaq lazımdır ki, insanlar eksperiment apara bilsinlər” –

User 30 Sentyabr 2025 - 17:52 (Last updated: 30 Sentyabr 2025 - 16:30)
pasa hol

Azərbaycanda kifayət qədər istedadlı insanlar var.

FED.az xəbər verir ki,  bunu “PAŞA Holdinq” MMC-nin baş direktoru Cəlal Qasımov holdinqin təşkilatçılığı ilə keçirilən “INMerge” İnnovasiya Sammitində bildirib.

“Bir çox istedadlı şəxslər bizim üçün işləyir. Amma məsələ ondadır ki, istedad özlüyündə yalnız potensial istedaddır. Əgər o, real hərəkətlərə çevrilmirsə, heç vaxt başqa insanların istifadə edə biləcəyi və qazanc gətirə biləcək məhsul və ya xidmət yaratmayacaq. Buna görə də bu biznesdə təkcə istedad və ya potensialın olması deyil, həm də bunların nə qədər yaxşı şəkildə reallaşdırıla və istifadə edilə biləcəyi də vacibdir. Əlbəttə, bu, menecerlərdən və liderlərdən asılıdır – elə bir mühit yaratmaq lazımdır ki, insanlar eksperiment apara bilsinlər. Axı potensial hamımızda var, amma onu reallaşdırmaq üçün hərəkət etmək, risk etmək, yeni bir şeylər sınamaq lazımdır”, – C.Qasımov qeyd edib.

Baş direktor əlavə edib ki, əgər insanı ilk səhvinə görə cəzalandırırlarsa, əgər liderlər onun uğurlarına deyil, səhvlərinə və yanlışlarına diqqət yetirirlərsə, o yenidən sınamağı və risk etməyi dayandıracaq.

“Bəs o zaman insan öz potensialını necə reallaşdıra bilər? Nə qədər çox insan işlədiyi şirkətdə öz potensialını aça bilərsə, yekun nəticə bir o qədər yaxşı olacaq. Nəticə etibarilə məhz liderlər şirkətin nəticəsinə görə mükafat alırlar. Şirkətdə isə elə imkanlar və mədəniyyət yaratmalıyıq ki, insanlar öz potensiallarını reallaşdırmaqdan qorxmasınlar. Bunu həyata keçirərək yaxşı nəticələr əldə edirik ki, bundan həm şirkət, həm də onun liderləri qazanır”, – C.Qasımov vurğulayıb.

AzPost.az

Post navigation

Previous: Bakıda tıxac problemi təsvir edildiyi qədər faciəvi deyil
Next: 8 ayda Azərbaycan xaricə 157 milyon dollarlıq pomidor ixrac edib

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya qazı Avropaya qayıdır? – ABŞ-ın Putinlə bağlı planı üzə çıxdı

User 02 Noyabr 2026 - 13:40
bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 02 Noyabr 2026 - 09:47
pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30

xƏBƏR

qida yemek
  • Maraqlı

Xolesterin 20 yaşdan sonra da yüksələ bilər – Həkim bu 6 məhsula diqqət çəkdi

User 02 Noyabr 2026 - 17:20
Bir neçə onillik əvvəl belə hesab olunurdu ki, xolesterinlə bağlı problemlər yalnız 55 yaşdan yuxarı insanlara aiddir....
Read more about Xolesterin 20 yaşdan sonra da yüksələ bilər – Həkim bu 6 məhsula diqqət çəkdi
Azərbaycan fermerlərini hansı təhlükə gözləyir? – İqlim dəyişikliyi nəyi dəyişəcək? fermer01
  • Baş Yazı

Azərbaycan fermerlərini hansı təhlükə gözləyir? – İqlim dəyişikliyi nəyi dəyişəcək?

User 02 Noyabr 2026 - 17:09
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb DSX
  • Sosial

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

User 02 Noyabr 2026 - 16:46
“Yaxın vaxtlarda Azərbaycanla sərhəd demarkasiyası davam etdiriləcək” – Mher Qriqoryan mqer qriqoryan
  • Dünya

“Yaxın vaxtlarda Azərbaycanla sərhəd demarkasiyası davam etdiriləcək” – Mher Qriqoryan

User 02 Noyabr 2026 - 15:42
NASA 4 nəfəri bir il Marsda saxladı – Eksperimentin nəticələri təəccübləndirdi nasa01
  • Maraqlı

NASA 4 nəfəri bir il Marsda saxladı – Eksperimentin nəticələri təəccübləndirdi

User 02 Noyabr 2026 - 15:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.